Kənan Berenə xəyanət edib?


Digərləri 01 İyn 2019 18:30:00 226 1

Kənan Berenə xəyanət edib?

Türkiyənin məşhur aktrisası Beren Saatın müğənni həyat yoldaşı Kənan Doğulu barədə paylaşdığı post gündəmi zəbt edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, serial və kino ulduzunun İnstaqram-da Kənan barədə yazdığı status ayrılıq mesajı kimi qiymətləndirilib.

TV proqramları, köşə yazarları qeyd edir ki, Beren sözügedən postla ayrılığını elan edib. Bundan əlavə, B. Saat "məsumiyyətini itirdin" cümləsini işlətməklə Kənanın ona xəyanət etdiyini açıq-aşkar bildirib. Aktrisa "boşanmaq işin ən asan tərəfidir" yazmaqla bu eyhamı daha da gücləndirib.

Həmçinin Beren ayrılıq iddialarından sonra 4 may tarixində medianın qarşısına əl-ələ çıxmasına da sözügedən statusda yer ayırıb və qeyd edib: "Bir yerlərin qapısından əl-ələ çəkilmiş fotolarımızı eşq kimi başa düşürlər".

Beren yazdığı postun sonunda həyat yoldaşı ilə vidalaşdığı isə açıq-aşkar görünür. O, "Sən təbii ki, yeni mahnılar yazacaqsan" deməklə, Doğulunun yenidən aşiq olacağını və mahnıların başqa sevgilərdən ilhamlanaraq ortaya çıxacağını qeyd edir. 

Aktrisa "Artıq içimdə kin və peşmançılıq yoxdur. Gözümdən axan hər göz yaşına dəyirsən. Yaxşı ki, doğuldun və sənə aşiq oldum" cümləsiylə bu evlilikdən əl çəkdiyini zərif bir şəkildə vurğulayıb.