"İnsanların ruhuna toxunduq"


Digərləri 01 İyn 2019 18:05:00 492 1

"İnsanların ruhuna toxunduq"

3 ildir davam edən Türkiyənin məşhur "İstanbullu gəlin" serialı bu gecə son bölümü ilə ekranlara gələcək.

Son.az axşam.az-a istinadən bildirir ki, filmin baş rol oyunçusu, müğənni Özcan Deniz bununla bağlı paylaşım edib.

O, belə bir ekran işində rol aldığı üçün qürur hissi keçirdiyini deyib.

"Serialın ilk bölümləri yayımlanan zaman bir çox insan ekran işinin uğursuz olacağını və tezliklə bitəcəyini deyirdilər. Ancaq biz nə etdiyimizi çox yaxşı bilirdik. İnsanların ruhuna toxunan bir layihəyə imza atdıq. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm", - o bildirib.