Paytaxtda uşaqlar üçün təhlükəsiz internetlə bağlı maarifləndirici promo-aksiya təçkil olunub


Digərləri 01 İyn 2019 17:49:00 197 0

Paytaxtda uşaqlar üçün təhlükəsiz internetlə bağlı maarifləndirici promo-aksiya təçkil olunub

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “ENGINET” şirkəti “Bakcell” mobil operatoru ilə birgə Bakı şəhərində uşaqlar üçün “BİRLink – Mən Sizin Gələcəyinizəm” mövzusunda maarifləndirici promo-aksiya təşkil edib.

Bakı. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “ENGINET” şirkəti “Bakcell” mobil operatoru ilə birgə Bakı şəhərində uşaqlar üçün “BİRLink – Mən Sizin Gələcəyinizəm” mövzusunda maarifləndirici promo-aksiya təşkil edib. “ENGINET” şirkətindən Trend-ə verilən məlumata görə, “ENGINET” və “Bakcell” şirkətlərinin həyata keçirdiyi “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində baş tutmuş aksiya paytaxtın müxtəlif ərazilərində yerləşən parklarda baş tutub. Tədbir əsnasında “ENGINET” və “Bakcell” şirkətlərinin nümayəndələri uşaqlara və onların valideynlərinə İnternet şəbəkəsinin xüsusən azyaşlılar üçün zərərləri barədə söhbət açıb, onlayn mühitdə uşaq psixikasına uyğun olmayan məlumatlardan qorunmaq üçün İnternetdən təhlükəsiz istifadənin yolları haqda geniş məlumat verib. Bildirilib ki, hazırda “BİRLink” və “Bakcell” abunəçilərinə təqdim olunan “Filtrasiyalı Uşaq İnterneti” xidməti məhz azyaşlıların İnternetdə təhlükəsiz və faydalı zaman keçirməsini təmin etmək üçün yaradılıb və bu xidmət uşaqların İnternetin təhlükəli təsirlərindən qorunmasının öhdəsindən layiqincə gəlir. Kiçik qruplar üzrə təşkil olunan səyyar promo-aksiya zamanı təşkilatçılar tərəfindən uşaqlara müxtəlif hədiyyələr və mövzuya dair maarifləndirici materiallar təqdim edilib. Qeyd edək ki, “ENGINET” şirkətinin təqdim etdiyi “Filtrasiyalı Uşaq İnterneti” sayəsində “Bakcell” abunəçiləri öz övladlarının İnternetdən təhlükəsiz istifadəsini təmin edə və onları onlayn mühitdə istənilən zərərli və arzuolunmaz məzmundan qoruya bilirlər. Belə ki, “Bakcell” abunəçiləri mobil operatorun təqdim etdiyi “Təhlükəsiz İnternet” paketini istənilən cihazda – mobil telefon, planşet və ya kompüterdə aktivləşdirməklə övladlarını mobil İnternetdən istifadə edərkən təhlükəli veb-məzmunlardan mühafizə edə bilər.