"Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın"


Digərləri 01 İyn 2019 16:00:00 230 0

"Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın"

Qida təhlükəsizliyinin təmini üçün mövsümi xarakterli tədbirlər planı həyata keçirməkdədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laboratoriya fəaliyyət göstərir. Onların 6-sı Abşeronda, 15-i isə regionlarda yerləşir.

Q.Təhməzli əlavə edib ki, dövri olaraq, bütün laboratoriyalar tərəfindən ekspertizalar aparılır. İdxal zamanı keyfiyyətin və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalına qadağan qoyulur. Bu, istehsal prosesində aşkarlandıqda isə onların istehsalına qadağa qoyulur: