Bulvardakı bayram tədbirində itən uşaq tapıldı FOTO


Digərləri 01 İyn 2019 15:17:00 229 0

Bulvardakı bayram tədbirində itən uşaq tapıldı  FOTO

Dənizkənarı Milli Parkda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə bir azyaşlı valideynlərinin nəzarətindən yayınaraq itib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bu ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini çəkib. Səbail RPİ-nin əməkdaşları dərhal azyaşlını sakitləşdirərək valideynlərini tapmaq üçün müvafiq tədbirlərə başlayıb.

Polis əməkdaşı qısa vaxtda azyaşlının valideynlərini taparaq uşağı onlara təhvil verib.

Valideynlər bu xeyirxah polis əməkdaşı ilə foto çəkərək bizə göndərib.


Xəbərə aid fotolar