"Apple" "iTunes"dan imtina etmək istəyir?


Digərləri 01 İyn 2019 10:55:00 205 0

"Apple" "iTunes"dan imtina etmək istəyir?

"Apple" korporasiyası "iTunes"dan tam olaraq imtina etməyə hazırlaşır.

Son.az Trend-ə istinadən xəbər verir ki, proqram "macOS 10.15"lin çıxması ilə birgə musiqi, televiziya və podkastlar üçün tətbiqlə əvəzlənəcək.

"Bloomberg" yazır ki, bu qərar tam olaraq "Apple"in strategiyasına uyğundur, çünki "iTunes"siz istifadəçilər öz qadjetləri ilə "Music" tətbiqi vasitəsi ilə idarə edə biləcəklər.

ehtimal olunur ki, şirkət rəhbəri Tim Kuk iyunun 3-də "WWDS 2019" konfransında dəyişikliklər barədə elan edəcək.