Diabet və insultun qarşısını alan ən dadlı və ucuz vasitə


Digərləri 01 İyn 2019 08:48:00 237 0

Diabet və insultun qarşısını alan ən dadlı və ucuz vasitə

Şərqi İngiltərə Universiteninin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, hər gün bir fincan qaragilə yemək ürək-damar xəstəliklərinin qarşısını ala bilər.

Araşdırmada iştirak edən 150 şəxsə gün ərzində 75-150 qram, digər bir qrupa isə cəmi 50 qram qaragilə verilib.

Son.az oxu.az-a istinadən bildirir ki, 75-150 qram qaragilə istifadə edən şəxslərdə qandakı şəkər miqdarı stabilləşib, 50 qram istehlak edənlərdə isə insult riski 15 faizə qədər azalıb.

Ümumiyyətlə qaragilə müalicəvi xüsusiyyətlərinə görə rekord göstəricilərə malik giləmeyvədir.