Uşaqların Beynəlxalq Müdafiəsi Günü metroda fərqli qeyd olunacaq


Digərləri 31 May 2019 19:10:00 228 0

Uşaqların Beynəlxalq Müdafiəsi Günü metroda fərqli qeyd olunacaq

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Metropolitenində bu il daha geniş miqyasda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Son.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, iyunun 1-də saat 11:00-da "İçərişəhər" stansiyasında "Bakı Metropoliteni" QSC rəhbərliyinin təşəbbüsü ilə uşaqlara Əməkdar artist Bəhram Bağırzadənin kitabları paylanacaq.

Bayram tamaşasına kitabların müəllifi də dəvət olunub: "Bəhram Bağırzadə tədbirdə kitablarına ürək sözlərini qeyd edərək azyaşlı sərnişinlərə təqdim edəcək. Bayram tamaşası çərçivəsində uşaqlara əyləncə dolu saatlar bəxş ediləcək. Onlara müxtəlif personajların, jonqlyorların iştirak edəcəyi rəngarəng, maraqlı tamaşa təqdim ediləcək".

B.Məmmədov bildirib ki, stansiyada Azərbaycanın məşhur uşaq mahnıları səsləndiriləcək: