Görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub


Digərləri 31 May 2019 18:49:00 51 0

Görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub

Nazirlər Kabinetində görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub.

Bakı. Nazirlər Kabinetində görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub. Trend-in məlumatına görə, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Baş nazirin müavini bildirib ki, görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə tarixində mühüm rol oynayan görkəmli ziyalılarımız, Vətənimizin müstəqilliyi uğrunda şəhid olanlar, şücaət göstərib Milli Qəhrəman adı qazananlar və onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Xalq, vətən, dövlət qarşısında xidmətləri olan həmin şəxslərin bir çoxlarının adları müxtəlif qurumlara, təhsil, mədəniyyət ocaqlarına, küçələrə və s. verilir. Sözügedən məsələ ilə bağlı müvafiq icra orqanlarından Nazirlər Kabinetinə yeni təkliflər daxil olur. Bu təkliflər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir. Daha sonra Komissiyanın iclasında təkliflərlə bağlı müzakirələr aparılıb. Komissiya üzvlərinin rəyləri nəzərə alınaraq yekun qərar qəbul edilməsi üçün zəruri tövsiyələr verilib. Xatırladaq ki, Komissiya 2019-cu il aprelin 1-i Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb.
Andjey Duda: "Polşa TransXəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır" like
  • 31 May 18:45  
Siyasət Andjey Duda: "Polşa TransXəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır"

Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdı

arrow Ətraflı
Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi like
  • 31 May 18:44  
Dünya Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısını k

arrow Ətraflı
Andjey Duda: Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır like
  • 31 May 18:38  
Digərləri Andjey Duda: Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır

Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdı

arrow Ətraflı
Ağcabədi və Siyəzəndə çətənə kolları aşkarlandı like
  • 31 May 18:35  
Kriminal Ağcabədi və Siyəzəndə çətənə kolları aşkarlandı

Ağcabədi və Siyəzəndə çətənə kolları aşkarlanıb.

arrow Ətraflı
Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI like
  • 31 May 18:31  
Dünya Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurd

arrow Ətraflı
AQTA heyvan kəsimi ilə bağlı yeni like
  • 31 May 18:28  
Digərləri AQTA heyvan kəsimi ilə bağlı yeni

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçiv

arrow Ətraflı