Azərbaycanda bu məktəblər bağlanır


Digərləri 31 May 2019 17:35:37 210 0

Azərbaycanda bu məktəblər bağlanır

Gələn ildən axşam növbəsi tədrislə məşğul olan məktəblər fəaliyyətini dayandıracaq.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev "Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi" mövzusunda təqdimatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində yeddi məktəbdə axşam növbəsində dərs keçilir:

"Bir ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Bu məktəblərin ləğv edilmə səbəbi icbari təhsilin doqquz illik olması ilə bağlıdır. Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də doqquzuncu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi.

Axşam məktəblərində isə iki illik dərs üç ilə keçilirdi. İki il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın olub və artıq onuncu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq".