Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb


Digərləri 31 May 2019 17:00:23 224 0

Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb

Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Bakı. Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, uşaqların hər ikisinin 5 yaşı var. Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar bağçanın həyətində gəzişərkən yabanı halda bitən göbələklərə rast gəliblər. Göbələyi yeyən uşaqlarda mədə sancıları başlayıb və xəstəxanada onlara zəhərlənmə diaqnozu qoyulub. Hazırda onlar ambulator müalicəyə buraxılıb.