Nazirdən pensiya açıqlaması: "Beş illik plan hazırlanır"


Digərləri 31 May 2019 16:51:00 239 0

Nazirdən pensiya açıqlaması: "Beş illik plan hazırlanır"

Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Bura beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırlanan planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır:

"Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq".