"Huawei" ABŞ-ı strategiyasını düzəltməyə çağırır


Digərləri 31 May 2019 16:00:00 185 0

"Huawei" ABŞ-ı strategiyasını düzəltməyə çağırır

Huawei prosesi sürətləndirmək və şirkətə münasibətdə qanunsuz əməllərə son qoymaq üçün öz işi üzrə sadələşdirilmiş məhkəmə icraatı barədə vəsatət qaldırıb.

Bakı. Huawei 2019-cu il tarixli “Milli müdafiə sahəsində səlahiyyətlər haqqında Qanun”nun (National Defense Authorization Act) 889-cu bölməsinin konstitusiyaya uyğunluğunu mübahisələndirdiyi iş üzrə sadələşdirilmiş məhkəmə icraatı barədə vəsatət qaldırıb. Şirkətdən Trend-ə verilən məlumata görə, Huawei, həmçinin, ABŞ hökumətini dövlət tərəfindən icazə verilən şirkətə qarşı kampaniyanı dayandırmağa çağırır, çünki belə əməllər informasiya təhlükəsizliyini təmin etmir. “Arqument olaraq informasiya təhlükəsizliyinə əsaslanaraq Huawei şirkətinin fəaliyyətinə qadağa qoyulması şəbəkələrin mühafizəsini artırmayacaq. Əksinə, bu, yalançı təhlükəsizlik hissi yaradacaq və real problemlərdən uzaqlaşdıracaq. Amerikalı siyasətçilər özəl şirkətə hücum çəkmək üçün bütün millətin gücündən istifadə edir. Bu normal deyil. Tarixdə belə hadisələr baş verməyib. ABŞ hökuməti Huawei şirkətinin gizliliyi təhlükə altında qoyduğuna dair heç bir sübut təqdim etməyib. Onlar yalnız fərziyyə irəli sürür, əsaslı dəlilləri isə yoxdur” – deyə Huawei-in hüquqi məsələlər üzrə direktoru Sun Lyupin (Song Liuping) qeyd etdi. Öz bəyanatında Huawei şirkəti “Milli müdafiə sahəsində səlahiyyətlər haqqında Qanun”un 889-cu bölməsinin, xüsusilə Huawei vurğuladığı və Amerikanın dövlət orqanlarına şirkətin avadanlığı və xidmətlərini almağı, həmçinin ABŞ hökuməti ilə əlaqələrinin olub-olmamasından asılı olmayaraq şirkətin avadanlığı və ya xidmətlərini alan üçüncü şəxslərlə müqavilə bağlamağı və ya qrant və ssuda verməyi qadağan etdiyinə işarə edir. Sun Lyupin həmçinin şirkətin iki həftə əvvəl ABŞ Ticarət Nazirliyinin qadağan olunan fiziki və hüquqi şəxslər siyahısına daxil edilməsi barədə fikir bildirdi. “Bu təhlükəli presedent yaradır. Bu gün bu, rabitə xidmətləri və Huawei-dir. Sabah isə bu, sizin sahəniz, şirkətiniz, müştəriləriniz ola bilər. Huawei ABŞ məhkəmə sisteminin müstəqilliyi və toxunulmazlığından əmindir. Biz ədalət üçün son müdafiə sərhədi olan məhkəmənin qanundakı səhvləri düzəldəcəyinə ümid edirik” – deyə Huawei-in hüquqi məsələlər üzrə direktoru qeyd etdi. Şirkəti məhkəmədə müdafiə edən hüquqşünas qrupunun rəhbəri Qlen Neyger (Glen Nager) 889-cu bölmənin ABŞ Konstitusiyasının bir sıra norması - Bill of Attainder Clause-un müddəaları (məhkəmə olmadan cəza tətbiq olunması üçün konkret şəxsi və ya şəxslər qrupunu seçməyi qadağan edən), lazımi hüquqi prosedur haqqında Əsasnamə (Due Process Clause) və səlahiyyətlərin bölüşdürülməsi haqqında Əsasnaməni (Vesting Clauses) pozduğunu deyir. Müvafiq olaraq, bu halda prosesin sürətləndirilməsi üçün sadələşdirilmiş iş icraatına dair vəsatət üçün əsas olan heç bir fakt olmadığı üçün bu tamamilə hüquqi məsələdir. Huawei şirkəti hesab edir ki, ABŞ tərəfindən şirkətə göstərilən təzyiq şəbəkələrin təhlükəsizliyinə təminat vermir. Şirkət, ABŞ hökuməti həqiqətən təhlükəsizlik məqsədlərini güdürsə, hökumətin düzgün seçim edəcəyi və hər kəs üçün informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə dürüst və effektiv tədbirlər görəcəyinə ümid edir.