Parisdə meydanlardan birinə Diananın adını vermək təklif olunub


Dünya 31 May 2019 13:58:00 219 0

Parisdə meydanlardan birinə Diananın adını vermək təklif olunub

Parisdə Böyük Britaniya şahzadəsi Diananın avtomobil qəzasına düşdüyü tunelin üzərindəki meydan onun şərəfinə adlandırıla bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təşəbbüs iyunun 11-də Bələdiyyə Şurasının iclasında səsverməyə çıxarılmalıdır.

Hazırda bu meydan yaxınlıqdakı "Alma" adlı körpünün adına uyğun olaraq elə belə də adlanır.

Qeyd edək ki, 20 il öncə isə bu meydana opera müğənnisi Mariya Kallasın adını vermək istəyiblər.