“Liverpul”un avtobusu “Atletiko”nun meydanı altındakı tuneldə qaldı


Dünya 30 May 2019 20:07:00 208 0

“Liverpul”un avtobusu “Atletiko”nun meydanı altındakı tuneldə qaldı

İngiltərənin "Liverpul" futbol klubunun avtobusu Madriddə insidentlə üzləşib.

Son.az Oxu.az-a istinadən bildirir ki, iyunun 1-də Çempionlar Liqasının oyununda iştirak etmək üçün İspaniya paytaxtına gələn komandanın avtobusu oyunları qəbul etməli olan "Vanda Metropolitano" stadionunun altındakı  tuneldə bir saat ilişib qalıb.

Həmin an komanda avtobusun içərisində olmayıb. Avtobus bir saat tuneldə qaldıqdan sonra hərəkət edə bilib.