Ukrayna qızıl ehtiyatlarını satır


Dünya 30 May 2019 20:09:00 218 0

Ukrayna qızıl ehtiyatlarını satır

Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib.

Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb.

Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb.