"Özümə qəsd etmək istəyirdim"


Şou-biznes 30 May 2019 16:49:00 220 0

"Özümə qəsd etmək istəyirdim"

Rejissor Nail Naiboğlunun səhhətində problem yaranıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, tükənmişlik sindromu yaşadığını deyib. Nail bildirib ki, tez-tez psixoloq qəbulunda olur:

"Psixoloq dedi ki, panik atakam. Bir neçə gün əvvəl psixoloji sarsıntı keçirdim. Hətta özümə qəsd etmək istəyirdim. Amma özümü ələ aldım. Psixoloq dedi ki, aldığım zərbələrdən bu hala düşmüsən. Təklik məni bu hala gətirib. Hətta psixoloq dedi ki, evlən. Amma bunu heç vaxt etməyəcəm".

Qeyd edək ki, Nailin həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Onun iki övladı var.