ARDNF-də “Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi baş tutub (FOTO)


Digərləri 30 May 2019 15:49:00 200 0

ARDNF-də “Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi baş tutub (FOTO)

Fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi baş tutub.

Bakı. Dövlət Neft Fondunda (ARDNF) Fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub. ARDNF-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak üçün 11 universitetdən 63 komanda müraciət edib. 24 may tarixində keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala keçmişdir. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.