2040cı ilədək Xəzər regionunda qaz hasilatı 54 faiz artacaq


Digərləri 30 May 2019 14:49:00 248 0

2040cı ilədək Xəzər regionunda qaz hasilatı 54 faiz artacaq

2040-cı ilədək Xəzər regionunda qaz hasilatı 54 faiz artacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qaz İxracatçıları Forumunun baş katibi Yuri Sentyurin Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.

O bildirib ki, təbii qaza olan tələbatın artan dinamikası Xəzəryanı ölkələrin öz istehsal güclərinin artırması və ixrac infrastrukturunun inkişafı ilə bağlı səylərinə təsir göstərən vacib amildir:

"Azərbaycan, İran, Qazaxıstan, Rusiya qaz hasilatının artımının iştirakçıları olacaq. Regionun yeni bazarlara çıxış vasitəsilə ixrac potensialını artırmaq üçün yaxşı perspektivləri var".