Pirallahıda yanğın - Bir nəfər tüstüdən boğularaq öldü


Digərləri 30 May 2019 08:59:02 180 0

Pirallahıda yanğın - Bir nəfər tüstüdən boğularaq öldü

Pirallahı rayonunda yanğın baş verib.

Bakı. Pirallahı rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardı 10 m² sahədə yanıb. Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.