XİN: İran ABŞla müharibəyə hazırdır


Dünya 29 May 2019 21:50:00 223 0

XİN: İran ABŞla müharibəyə hazırdır

İran ABŞ ilə müharibəyə hazırdır. Lakin bu ölkə ilə danışıqlarda da maraqlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı Qətərdə jurnalistlərə açıqlamasında deyib.

A.İraqçının sözlərinə görə, İran hər iki ssenariyə və hər bir prosesə tam şəkildə hazırdır:

"Danışıqlara başlamağa ümid edirik. Bilirik ki, Birləşmiş Ştatları İranla müharibəyə təhrik edən şəxslər var".