Huawei təhlükəsizlik sistemlərinin yeniləmələrini təqdim etməyə davam edir


Digərləri 29 May 2019 14:30:00 166 0

Huawei təhlükəsizlik sistemlərinin yeniləmələrini təqdim etməyə davam edir

Huawei kimi dünya nəhənginin istehsal etdiyi smartfonların əməliyyat sisteminə çıxışsız qalacağı barədə bütün dünyanı sarsan xəbərdən cəmi bir neçə gün sonra Android Twitter-də məsələyə aydınlıq gətirmək üçün məlumatlar yerləşdirməyə başladı.

Hal-hazırda Google şirkətinin Twitter'də rəsmi mövqeyi Amerika hökumətinin tələblərinə riayət olunacağı təqdirdə Huawei qurğularını dəstəkləyəcəyini vəd edir.

Huawei şirkəti təhlükəsizlik sistemi üçün yeniləmələri təqdim etməyə və artıq satılmış və ya bütün dünyada anbarlarda saxlanılan smartfon və planşetlər daxil olmaqla şirkətin bütün mövcud məhsullarına satış sonrası xidmət göstərməyə davam edəcəyini qəti şəkildə bəyan edib.

Bundan əlavə, Huawei istifadəçilərinə proqram təminatının təhlükəsiz və sabit ekosistemini inkişaf etdirməyə davam edəcəyini vəd edib.