Nazpəri: “Metro, avtobus sənət adamları üçün deyil”


Şou-biznes 29 May 2019 14:24:00 225 0

Nazpəri: “Metro, avtobus sənət adamları üçün deyil”

Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbər digər qonağı Xalq artisti Nurəddin Mehdixanlını ilk dəfə metroda gördüyünü deyib.

Bu zaman Dostəliyeva "Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə "Nazpəri keçdi" deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir" deyə, bildirib.