Afətlə dalaşan meyxanaçı nömrəsini sosial şəbəkədə yaydı FOTO


Şou-biznes 29 May 2019 12:48:00 236 0

Afətlə dalaşan meyxanaçı nömrəsini sosial şəbəkədə yaydı  FOTO

Müğənni Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, meyxanaçının dediyi "Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər" ifadəsinə Afət sərt reaksiya verib.

Sənətçinin "Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün" sözləri Fatehi özündən çıxarıb.

Aqşin Afəti işarələyərək, onun ünvanına sərt sözlər yazıb. Meyxanaçı öz nömrəsini də İnstaqram-da açıq paylaşıb:


Xəbərə aid foto