Aşkar olana yeni baxış: Yerli zeytun yağı sağlamlıq qaynağıdır


Digərləri 29 May 2019 10:00:00 310 0

Aşkar olana yeni baxış: Yerli zeytun yağı sağlamlıq qaynağıdır

Qədim dövrdən bəri şöhrət qazanan zeytun yağı ən faydalı məhsullardan biri olaraq qalib gəlib. Bu çoxdan və hər birimizə məlumdur.

Baxmayaraq ki,  ölkəmiz əlverişli iqlim səbəbindən 60 ildən çoxdur ki, zeytun istehsalı ilə məşğul olur, Azərbaycanda bu tip bitki mənşəli yağ istifadə mədəniyyəti son vaxtlar formalaşmağa başlamışdır. Buna  da son 15-20 ildə sağlam həyat tərzi trendinin təbliği nəticəsində nail olunub.   

Lakin soydaşlarımızın bəziləri yerli brendlərin keyfiyyətcə geri qalmadığına baxmayaraq Aralıq dənizi analoqlarını seçir. Biz ki, bir növ yüksək texnologiyalı prosesdən danışmırıq. Zeytun yağı qədim Yunan dövründən sıxılırdı.

Azərbaycanda zeytunçuluq

Sovet dövründən bəri Azərbaycanda uyğun iqlim şəraitinə görə zeytun ağacları yetişdirilir. Zeytun ağacı torpaq baxımından tələbkar deyil, ancaq suyu və günəşi sevir - onu nə qədər çox sulasan, barı da o qədər yağlı olar.

Əvvəllər Bakıda bu ağacları demək olar ki, hər addımbaşı görmək olardı, onlar paytaxt parklarında, məktəb həyətlərində əkilirdi, hətta yol boyu zeytunluqlara rast gəlinirdi. Bu cür kütləviliyin səbəbi ilk növbədə bu ağacların tələbkar olmamasıyla bağlıdır. Digər bir üstünlük isə zeytun ağacının həmişəyaşıl olmasıdır.

Sovet dövründə Bakıdakı qastronomların piştaxtlarında bankalarda və hətta üç litrlik balonlarda yerli istehsal olan konservləşdirilmiş zeytunlara rast gəlinirdi. Lakin Sovet İttifaqının süqutundan sonra zeytun bağlarının çoxu məhv edildi. Sevindirici haldır ki, hazırda bu bağların əksəriyyəti bərpa olunub və hətta  tərifə layiq zeytun yağı istehsalı təşkil olunmuşdur. Hazırda bu mədəniyyət Eldar şamından sonra Abşeronda ikinci yeri tutur.

Necə seçməli?

Mağazalarımızın piştaxtlarında yerli və xarici istehsalçıların çox sayda zeytun yağlarına rast gələ bilərsiniz.  Xarici  istehsalçıların arasında lider İspaniya sayılır. Zeytunun ölkəmizdə yaxşı inkişafına baxmayaraq, bazar münasibətləri rəqabəti təşviq edir və istehlakçıya öz seçimini etməyə imkan verir.

Lakin unutmamalıyıq ki, yerli məhsulları seçərkən, biz xüsusən,  əhalini iş yerləri ilə təmin edən sahibkarlara və ümumiyyətlə günü gündən inkişaf edən ölkə iqtisadiyyatının bir hissəsi olan kənd təsərrüfatına dəstək oluruq.

Məsələn,  Abşeronda yetişdirilən zeytun ağacından əldə edilən "Zeytun bağları" yağı  keyfiyyətinə görə Aralıq dənizini analoqlarından heç də geri qalmır. Qiyməti isə sizi sevindirəcək, çünki qiymət etiketinə nəqliyyat və gömrük ödənişlərinə sərf olunan vəsaiti daxil etmək ehtiyacı yoxdur.

"Zeytun bağları" zeytun yağı seçilərkən nəzərə alınmalı olan bütün parametrlərə uyğundur. Soyuducuda saxlanılarkən, soyuq sıxma və ya saflaşdırılmış yağ olmasından asılı olmayaraq, yağın rəngi bulanır.  Hətta saflaşdırılmış yağın zəif qoxusu vardır. Soyuq sıxma yolu ilə əldə olunan yağın saxlanma müddəti uzunmüddətli deyil.

Yeri gəlmişkən, bu brendin yağı hətta MDB ölkələrinə ixrac olunur.