İrlandiyalı qızın iddiası Qədim Misir kahininin ruhuyam FOTO


Digərləri 29 May 2019 01:30:00 447 0

İrlandiyalı qızın iddiası  Qədim Misir kahininin ruhuyam  FOTO

Dünyada bəzən reinkarnasiya ilə bağlı xəbərlər, məqalələr üzə çıxır.

Son.az ölkə.az-a istinadən belə xəbərlərdən, daha doğrusu iddialardan birini oxucularına təqdim edir. Sözügedən yazıda Qədim Misirdəki Abidosdakı firon I Setinin məbədinin kahinindən danışacağıq.  Kahinin ruhu XX əsrdə irlandiyalı Doroti Edinin bədəninə keçib. Doroti üç yaşına qədər adi körpə olub. Amma sonradan kliniki ölüm keçirib və ayıldıqdan sonra qeyri-adi insana çevrilib.

Onun bütün maraqlı, söhbətləri və hətta yuxusu da Qədim Misirə həsr edilmişdi. Dorotinin sözlərinə görə, fironun məşuqəsi idi və eyni zamanda kahin idi. Bu səbəbdən qız məktəbə getməkdən və katolik dinindən imtina etdi. Britaniya muzeyini, əsasən də Qədim Misirə həsr edilmiş bölməsini izləməkdən doymurdu. Bir neçə dəfə Doroti əsəb xəstəxanasına da düşdü. Amma həkimlər onda heç bir xəstəlik müşahidə etmədilər. Qız sadəcə Qədim Misir tarixinə aşiq idi.

Nəhayət, Doroti Plimut incəsənət məktəbini bitirdi, piramidalar ölkəsinə aid bir sıra kitab və materiallarla tanış oldu. Artıq 27 yaşı olanda London jurnalında işləyirdi və Misir haqqında maraqlı məqalələr yazırdı. Tezliklə Doroti misirli Eman əbdül Maqidlə tanış oldu və ailə quraraq Qahirəyə köçdü. Təyyarədən enən qız yerə əyilərək torpağı öpdü və nəhayət evə qayıtdığını bildirdi.

Doroti dünyaya gələn oğluna Seti adını verdi və özünü Omm Seti, yəni Setinin anası adlandırdı. O, tez-tez piramidaların yanında meditasiya edir, bəzən burada gecələyirdi. Belə meditasiyaların birində Qor-Ranın ruhu peyda oldu və bildirdi ki, keçmişdə Doroti I Setinin hakimiyyəti dövründə yaşayan, Bentreşit adlı adi qız olub. Onun anası tərəvəz alverçisi olub və dünyasını dəyişəndə Bentreşitin cəmi üç yaşı olub. Atası döyüşçü idi və qızını Abidosdakı məbədə verdi. Məhz burada Bentreşit kahin-bakirə yolunu seçdi və sonradan fironun kənizinə çevrildi.


Xəbərə aid fotolar