Meyvə çəyirdəklərinin inanılmaz faydaları


Digərləri 28 May 2019 23:25:00 197 0

Meyvə çəyirdəklərinin inanılmaz faydaları

Alimlər ən faydalı meyvə çəyirdəklərinin sıyahısını tərtib ediblər.

Son.az saglamolun.az-a istinadən bu siyahını təqdim edir.

1. Üzüm çəyirdəkləri ürək-damar sistemini möhkəmləndirir, beyin hüceyrələrini cavanlaşdırır, dərinin vəziyyətinə müsbət təsir edir.

2. Kivi çəyirdəkləri E vitamini ilə zəngindir. Bu vitamin güclü antioksidantdır, orqanizmdə qocalma proseslərini ləngidir, dəri və saçların vəziyyətini yaxşılaşdırır.

3. Portağal çəyirdəkləri baş ağrısından xilas edən salisil turşusu ilə zəngindir. Həmçinin bu çəyirdəklərin tərkibində xərçəng əleyhinə təsirə malik olan B17 vitamini var.  

4. Zeytun çəyirdəklərində sinir sisteminə müsbət təsir edən, orqanizmdən toksinləri xaric edən, astma tutmalarını yüngülləşdirən maddələr var.

5. Nar çəyirdəkləri sinir sistemini möhkəmləndirir, əsəbiliyi azaldır.