Ən yüksək bal toplayan iki gəncdən biri Masallıdandır


Digərləri 28 May 2019 23:18:00 236 0

Ən yüksək bal toplayan iki gəncdən biri Masallıdandır

Buraxılış imtahanının maksimum nəticə göstərən 2 məzunundan biri Masallıdandır.

Son.az oxu.az-a istinadən bildirir ki, Masallıda yerləşən 4 nömrəli Digah tam orta məktəbin məzunu Şəhriyar Şahin oğlu Səmədov respublika üzrə 11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının nəticələrinin 2 qalibindən biri elan olunub. O, bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

İkinci ixtisas qrupu üzrə ali məktəblərə hazırlaşan Şəhriyar Səmədovun hədəfi gələcəkdə maliyyəçi olmaqdır. Qeyd edək ki, müəllim ailəsində sonuncu övlad olan  Şəhriyarın qardaşı və bacısı da ali təhsillidir.