Bəzi mətbəx incəlikləri


Digərləri 28 May 2019 20:05:00 241 0

Bəzi mətbəx incəlikləri

Dadlı yeməklər bişirmək asan iş deyil.

Son.az evdarliq.az-a istinadən bildirir ki, bu işin olduqca çox incəlikləri var. Bu incəliklərdən bəzilərini sizə təqdim edirik.

1. Hər bir evdar xanımın mətbəxində bir neçə taxta və yaxşı bıcaq dəsti olmalıdır - çörək üçün ayrı, tərəvəzlər üçün ayrı, ət üçün ayrı.

2. Makaron bişirdikdə böyük qazandan istifadə edin. Dadlı və xoş görünüşə malik olan makaronu  bişirmək üçün 1/2 l makaron üçün 5 l su götürün.

3. Xəmiri çox yoğurmayın. Bu halda xəmir rezin kimi alınır.

4. Ət, tərəvəzlər və s. qızardanda əvvəl tavanı yaxşı qızdırın və yalnız sonra tavaya yağ tökün. Yağı dağ edin.

5. Borş bişirdikdə dəfnə yarpaqlarını yeməyə bişənə yaxın salın və sonra çıxardın. Dəfnə yarpaqları borşda qaldıqda yeməyin dadını pisləşdirir.