Yağlı dəri üçün təbii və effektli losyon.


Digərləri 28 May 2019 19:55:00 266 0

Yağlı dəri üçün təbii və effektli losyon.

Xiyar və limonun əsasında hazırlanan maskalar, losyonlar və s. yağlı dəriyə çox yaxşı təsir edir - təmizləyir, ağardır, rəngini yaxşılaşdırır, məsamələri kiçildir, cavanlaşdırır.

Son.az evdarliq.az-a istinadən bildirir ki, xiyardan və limondan ev şəraitində təbii və çox effektli losyon hazırlamaq olar.  

1 qabıqlı limon və 300 qr qabıqlı xiyar blenderdən keçirilir və təmiz şüşə bankaya yığılır. Üzərinə 200 ml yaxşı araq tökün və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. 1 həftədən sonra mayeni tənzifdən yaxşı süzün və şüşə qaba töküb saxlayın. Yağlı dərini bu losyonla təmizləyin.