Bakıda dördəm dünyaya gəlib FOTO


Digərləri 28 May 2019 19:31:00 204 0

Bakıda dördəm dünyaya gəlib  FOTO

Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.

Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə "Caspian International" Hospitalın rəhbərliyinə, xüsusən də bu işdə sonsuz əməyi olan həkim Aytən Səfərovaya minnətdarlıqlarını bildirirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Qeyd edək ki, dördəmlər Bakıda "Caspian International" Hospitalda doğulublar.


Xəbərə aid fotolar