Şotlandiya Britaniyadan ayrılır


Dünya 28 May 2019 17:12:00 205 0

Şotlandiya Britaniyadan ayrılır

Şotlandiya Baş naziri Nikola Sturgeon ölkəsinin müstəqilliyi üçün 2020-ci ilin ikinci yarısında referendumun keçirilməsi çağırışını edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, baş nazir budəfəki referendumun Şotlandiyaya müstəqillik qazandıracağına inandığını bildirib.

"İnanıram ki, budəfəki referendum Şotlandiyaya müstəqillik qazandıracaq. Şotlandiya İrlandiya kimi müstəqil ölkə olacaq", - deyə Sturgeon vurğulayıb.

Nikola Sturgeonun sözlərinə görə, müstəqillik referendumunu nəzərdə tutan qanun layihəsi mayın 29-da Şotlandiya parlamentində müzakirəyə çıxarılacaq.