Xərçəng şişlərini qırmızı soğanla məhv edin


Digərləri 28 May 2019 12:20:00 180 0

Xərçəng şişlərini qırmızı soğanla məhv edin

Qırmızı soğanın tərkibində olan antosianin adlı maddə xərçəng şişlərinin böyümə sürətini azaltmaq xüsusiyyətinə malikdir.    Son.az medicina.az-a istinadən xəbər verir ki, Kanadanın Quelf Universitetindən olan tədqiqat aparılıb. Araşdırmalar nəticəsində soğanın 5 müxtəlif növündən alınan kversetin ekstraktının kolorektal xərçəng (bağırsaq xərçəngi) şişlərinin hüceyrələrinə təsir etdiyi  məlum olub.    Elm adamlarının qənaətinə görə, soğanın tərkibindəki maddə şiş toxumalarının böyümə sürətini azaldır. Ekspertlər qeyd ediblər ki, qırmızı soğanın tərkibi xərçəng şişlərinə qarşı mübarizədə ən güclü effekti ilə fərqlənir. Alimlər bu qənaətət laboratoriya şəraitində sınaqlardan sonra gəliblər. Onlar bağırsaq şişinin soğan kverseti ekstraktı ilə birbaşa kontaktının nəticəsini müşahidə ediblər.   Məlum olub ki, bu komponent xərçəngi süni şəkildə inkişaf etdirərək, DNT-nin zədələnməsinə səbəb olan sərbəst radikalları neytrallaşdırır. Bundan başqa bu birləşmə iltihabəleyhinə təsirə də malikdir.    Müəyyən olunub ki, qırmızı soğanın tərkibi təkcə kversetinlə zəngin deyil. Bu tərəvəzin tərkibində, həmçinin xərçəng şişləri ilə mübarizəni gücləndirən böyük miqdarda antosianin də var.