Bu ölkədə olmayan vətəndaşa radar cəriməsi gəldi FOTO


Dünya 28 May 2019 11:58:00 202 0

Bu ölkədə olmayan vətəndaşa radar cəriməsi gəldi  FOTO

Yaşadığı müddət ərzində bircə dəfə belə olsun İngiltərəyə getməyən latviyalı oğlana radar cəriməsi yazılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 2016-cı ildən İslandiyada yaşayan 23 yaşlı Edmunds Brikainisin adına cərimə yazılıb və sürücülük vəsiqəsi üçün 6 bal təyin edilib.

Lincolnshire Live yazdığına görə, Edmunds bir dəfə belə olsun İngiltərədə olmasa da, onun qeydiyyatda olduğu ünvan Linkolnşir qraflığıdır. Həmçinin, məhkəmədən verilən məlumata görə, onun adına iki tikinti şirkəti də var.

Lakin Edmunds Brikainis bunlardan xəbərsizdir. O, düşünür ki, bu olay onun kimliyi ilə sürücülük vəsiqəsinin Latviyada olarkən oğurlanması ilə bağlıdır.


Xəbərə aid fotolar