Pişiyin başını yumruqla əzən oğlan tutuldu FOTO


Dünya 28 May 2019 11:42:00 311 0

Pişiyin başını yumruqla əzən oğlan tutuldu  FOTO

15 yaşlı oğlan sosial şəbəkələrdə yayılan videoya görə saxlanılıb.

Son.az Metro-ya istinadla xəbər verir ki, videoda yeniyetmənin küçədə gördüyü pişiyi başından yumruqlaması əks olunub.

Görüntülər İngiltərənin Hempşir qraflığının Portsmut qəsəbəsində çəkilib.

Pişiyə yumruq vuran oğlan onun havada fırlanaraq yıxıldığını gördükdə qəhqəhə çəkib. O, daha sonra görüntüləri sosial şəbəkələrə yükləyib.


Xəbərə aid fotolar