Çində metro tikintisi zamanı qəza:


Dünya 28 May 2019 10:43:00 248 0

Çində metro tikintisi zamanı qəza:

Çinin şərqində Şandun vilayətində tikinti zamanı bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Tsinadao şəhərində metro tikintisi zamanı uçqun baş verib. İnsident nəticəsində 3 nəfərin öldüyü, daha 2 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hazırda ərazidə dağıntılar altında qalmış 2 fəhlənin axtarışları davam etdirilir.

Qəzanın hansı səbəbdən baş verməsi dəqiq məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.