Yaponiyada məktəblilələrə hücum edən şəxs öldü


Dünya 28 May 2019 09:06:00 210 0

Yaponiyada məktəblilələrə hücum edən şəxs öldü

Yaponiyanın Kavasaki şəhərində məktəblilərə hücum edən şəxs ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, özünə bıçaq zərbəsi endirən silahlı kliniki ölüm vəziyyətində olub və özünə gəlmədən ölüb.

Qeyd edək ki, ötən gün 50 yaşlı kişi Kavasaki şəhərində avtobus gözləyən məktəblilərə və böyüklərə bıçaqla hücum edib.

Hadisə nəticəsində azı 16 nəfər xəsarət alıb.