Yaponiyanın şimalında rekord dərəcədə isti qeydə alınıb


Dünya 28 May 2019 08:53:00 192 0

Yaponiyanın şimalında rekord dərəcədə isti qeydə alınıb

Yaponiyanın Hokkaydo prefekturasında havanın temperaturu 39 dərəcəyə yüksəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, müşahidələrin bütün tarixi ərzində may ayında bu ərazidə qeydə alınan ən yüksək temperaturdur.

Metereoloqlar hesab edirlər ki, havanın bu dərəcədə isti olması bu əraziyə isti hava kütləsinin tez gəlməsi olub. Adətən, bu proses avqust ayında baş verirdi.

Bildirilir ki, ölkənin digər ərazilərində havanın temperaturu 35 dərəcəyə qədər artıb, Tokioda isə 32,6 dərəcə təşkil edib və bu da öz növbəsində bir rekord göstəricidir.