Macbooku belə şarj edəcək powerbank hazirlanib


Digərləri 28 May 2019 08:31:00 196 0

Macbooku belə şarj edəcək powerbank hazirlanib

"Hyper" yeni 2HyperJuice" 130 W-luq yeni portativ batareya cihazını təqdim etdi. Yeni "HyperJuice" batareyası iki USB-C bağlantı nöqtəsi ilə gəlir. Bunlardan biri 100 W çıxışı təmin edə bilər. Bu yolla "HyperJuice" hətta "Apple" noutbuklarını belə enerji ilə təmin edə bilər.

Son.az chip.az-a istinadən bildirir ki, "MacBook Pro" və "iPad Pro2nu eyni anda maksimum sürətlə doldura bilən batareyanın istehsalçısı bunun dünyada həyata keçirilən bir ilk olduğunu bildirib. "HyperJuice" ümumi olaraq 27.000 mAh tutumuna sahibdir. Batareya təyyarədə istifadə oluna biləcək tərzdə hazılanıb.

"HyperJuice" gümüşü və boz rəngdə olmaqla "Apple" məhsullarına tam uyğun şəkildə hazırlanıb. 112 W güc adaptoru sayəsində "HyperJuice" yalnız bir saat ərzində şarj edilərək eyni anda digər cihazları da doldurmağa davam edə bilər.

"HyperJuice" 250 dollara təklif olunur.