"Faizin hansı istiqamətdə olacağını bilmək çətindir"
Digərləri 28 May 2019 08:35:00 200 0
ABŞ Mərkəzi Bankının (Fed) Dallas şöbəsinin sədri Robert Kaplan, artan ticarət gərginliklərinin və inflyasiya təzyiqinin Fed-in növbəti faiz qərarının yuxarı yoxsa aşağı istiqamətli olacağını bilməyi çətinləşdirdiyini söyləyib.
"Gəlinən nöqtədə faizlərdə növbəti addımın yuxarımı, aşağımı olacağını bilmirəm", - deyən Robert Kaplan, "Ticari gərginliklərin necə inkişaf edəcəyini çox diqqətli şəkildə izləyirəm. ABŞ - Çin ticarət əlaqələri üzrə qeyri-müəyyənliklərin iqtisadi artımı yavaşladacağından narahatam. Ancaq bunu bilmək üçün çox erkəndir" bildirib.
Robert Kaplan, məşğulluğun və maaşların artmasına bağlı olaraq inflyasiya təzyiqinin güclənməkdə olduğunu da qeyd edib.
Mənbə: milli.az