“Galenvaqen” Varovskidə qəza törədib


Digərləri 28 May 2019 08:18:00 255 0

“Galenvaqen” Varovskidə qəza törədib

Gecə saatlarında Bakının Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, rayonun "Varovski" dairəsi adlanan ərazidə hərəkətdə olan "Mercedes Galenvagen" markalı minik avtomobili dairəvi yola daxil olarkən yol nişanının tələbini pozub. Nəticədə, avtomobil qarşıdan gələn "90-KP-804" dövlət nömrə nişanlı "KİA" markalı minik maşınına çırpılıb.

Qəzada xəsarət alan olmasa da, avtomobilllərə maddi ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.