Netanyahu: İsrail Suriyanın HHM sistemini məhv edib


Digərləri 28 May 2019 02:27:43 188 0

Netanyahu: İsrail Suriyanın HHM sistemini məhv edib

İsrail öz qırıcı təyyarəsinə zenit zərbəsinə cavab olaraq Suriyanın hava hücumundan müdafiə sistemini məhv edib

Bakı. İsrail öz qırıcı təyyarəsinə zenit zərbəsinə cavab olaraq Suriyanın hava hücumundan müdafiə sistemini məhv edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib. Baş nazri deyib: "Bir qədər əvvəl Suriya hərbçiləri İsrailin təyyarəsini vurmağa çalışıblar. Lakin onlar bunu bacara bilməyiblər. İsrail Hərbi Hava Qüvvələri buna cavab olaraq atəş açılan HHM sistemini məhv edib".