Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası təsis olundu


Digərləri 27 May 2019 18:29:00 258 0

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası təsis olundu

"Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyi təsis olunub.

Son.az Trend-ə istinadən bildirir ki, assosiasiya taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb.

İqtisadiyyatı nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkədə 30-a yaxın assosiasiya fəaliyyət göstərir və nazirlik taxılçılıq sahəsində fəaliyyət göstərənləri dəstəkləyir:

"Bu gün ölkədə 50-ə yaxın iri fermer təsərrüfatları yaradılıb. 24 iri təsərrüfata 162 mln. manat güzəştli kredit verilib".