Aygün bunu Azərbaycanda ilk dəfə etdi “18”


Şou-biznes 27 May 2019 17:44:00 189 0

Aygün bunu Azərbaycanda ilk dəfə etdi  “18”

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi rəsmi "YouTube" kanalında yayımlanan albomdakı karaokeləri pərəstişkarlarının instaqram rəyləri əsasında təyin edib. 

Müxtəlif ifaçılar tərəfindən tez-tez repertuarına müraciət olunan Aygün həm həmkarlarına, həm də dinləyicilərə mahnılarının karaoke versiyasından bəhrələnmək üçün imkan yaradıb. 

Xalq artisti karaokelərdə səslənən "bek-vokal"ları belə özü ifa edib. Alboma 18 mahnı daxil edilib. Adı məhz musiqilərin sayına görə, qoyulub.