Türkiyədə 1000dən artıq polis səfərbər edildi


Dünya 27 May 2019 17:49:00 501 0

Türkiyədə 1000dən artıq polis səfərbər edildi

Türkiyə polisi Bursa vilayətində narkotacirlərə qarşı irimiqyaslı əməliyyat keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyatda mindən artıq polis iştirak edir. 40 nəfərin saxlanıldığı bildirilir.

Əməliyyat konkret ünvanlarda aparılır.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib ki, ölkədə narkomaniya və narkoticarətlə mübarizə tədbirləri gücləndirilməlidir.

Türkiyədə narkotikdən istifadə edənlərin minimal yaş həddi 13, orta yaş həddi 36, maksimal yaş həddi isə 65-dir.