Rusiyada qəzet redaksiyasına hücum


Dünya 27 May 2019 16:47:00 232 0

Rusiyada qəzet redaksiyasına hücum

Rusiyanın Stavropol şəhərində naməlum şəxs bıçaqla yerli qəzet redaksiyalarından birinə hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində redaksiyanın 4 əməkdaşı yaralanıb.

Onların həyatlarına hər hansı bir təhlükə olmadığı deyilir.

Polis hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.