Azərbaycan Beynəlxalq Bankından yeni kart məhsulu: “Yuventus” cobrand kartı!


Digərləri 27 May 2019 15:21:00 210 0

Azərbaycan Beynəlxalq Bankından yeni kart məhsulu: “Yuventus” cobrand kartı!

Dünyada, o cümlədən ölkəmizdə də kifayət qədər azarkeşə malik İtaliyanın "Yuventus" futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib. Bank bu kartların öncədən satışına başlayıb. 

Xüsusi dizayn və özəlliklərə malik kartları müştərilər bu link vasitəsilə əvvəlcədən sifariş edə bilərlər: https://www.ibar.az/az/yuventus/ Kartlar onları öncədən sifariş etmiş sahiblərinə 24 iyun tarixindən etibarən təqdim edilməyə başlanacaq. Co-brand kartları AZN, USD və EUR hesabında açdırmaq olar. 3 il müddətinə nəzərdə tutulmuş bu kartların sayı məhdud - cəmi 3 min ədəd olacaq. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur. Kart "cash-back" funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i "cash-back" olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının "Xərclədikcə gəlir" sloqanı ilə reallaşdırdığı "Qayğıkeş" layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla "Yuventus" futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% "cash-back" geri qayıdır.

Azərbaycan Beynəlxalq Bankı və "Yuventus"un co-brand kartlarını əvvəlcədən sifariş etməyinsə başqa bir üstünlüyü də var. Bank yaxın zamanlarda müxtəlif uduş kampaniyaları keçirərək bu kartla ödənişlər aparan müştərilərini mükafatlandıracaq.