ADRA-da tələbələr üçün yeni iş imkanı yaradılıb (FOTO)


Digərləri 27 May 2019 15:00:53 236 0

ADRA-da tələbələr üçün yeni iş imkanı yaradılıb (FOTO)

Quruma müraciət edən tələbələr arasından seçilən 11 nəfər ADRA-nın 3 aylıq təcrübə proqramına cəlb edilib.

Bakı. Azərbaycan Diplomatik Akademiyası (ADA), o cümlədən Bakı Mühəndislik Universitetlərinin İnformasiya Texnologiyaları (İT) və Mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs, eləcə də magistr tələbələri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) işlə təmin olunmaq şansı qazanıblar. Agentlikdən Trend-ə verilən məlumata görə, quruma müraciət edən tələbələr arasından seçilən 11 nəfər ADRA-nın 3 aylıq təcrübə proqramına cəlb edilib. Proqramda uğurlu nəticə göstərənlər agentliyin əməkdaşına çevriləcək. Təcrübə proqramının təqdimatı ilə bağlı keçirilən tədbirdə tələbələrə agentliyin fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.