Qərar verildi: Bayıl sürüşmə zonasındakı evlərin hamısı söküləcək


Digərləri 27 May 2019 12:54:00 236 0

Qərar verildi: Bayıl sürüşmə zonasındakı evlərin hamısı söküləcək

Bakının Səbail rayonu, Bayıl yamacındakı sürüşmə zonasından 92 ailə köçürüləcək və fərdi yaşayış evlərinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödəniləcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Baş nazir Novruz Məmmədovun imzaladığı sərəncamda öz əksini tapıb.

Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün Səbail Rayon İcra Hakimiyyətinin hesabına 9 201 533 manat vəsait köçürüləcək və İH bu məbləğin müvafiq qaydada vətəndaşların bank hesablarına köçürülməsini təmin edəcək.

Həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan altısı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir. Evlərin sökülməsi və tikinti işləri başa çatdıqdan sonra ərazidə abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. 

Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, məsələ nəzərə alınsın.