Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı


Digərləri 27 May 2019 12:43:00 210 0

Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı

Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı tipli tapşırıqlardır.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal balı açıqlayıb. DİM-dən Trend-ə verilən məlumata görə, qəbul imtahanının 1-ci mərhələsində (buraxılış imtahanı) 3 fənn üzrə imtahan verilir və maksimal 300 bal toplamaq mümkündür. Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlardan 50.00 bal toplanıla bilər. Riyaziyyat fənni üzrə 25 tapşırıqdan 18-i qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 56.25 bal toplanıla bilər. Xarici dil fənni üzrə 30 tapşırıqdan 23-ü qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlardan 62.16 bal toplanıla bilər. Bu mərhələ üzrə abituriyentlər toplaya biləcəkləri 300 baldan 168.41 balı uzun illərdir istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlardan əldə edirlər. Qəbul imtahanının 2-ci mərhələsində 3 fənn üzrə imtahan verilir və maksimal 400 bal toplamaq olar.